Azərbaycan milli aviadaşıyıcısı (AZAL) tərəfindən 12 “Airbus” təyyarəsinin alınması təkçə şirkətin deyil, həm də ölkənin inkişafına qulluq edəcək.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL ilə “Airbus”şirkəti arasında təyyarələrin sifarişi müqaviləsinin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, AZAL ölkədəki nadir şirkətlərdəndir ki, onun gəliri 1 milyard manatın üzərindədir. Ötən il şirkət ilk dəfə mənfəətlə işləməyə başlayıb.