28 C
Baku
Sunday, June 26, 2022

Nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə görülmüş işlərlə tanış olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir səfər çərçivəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi üzrə görülmüş işlərlə tanışlıq məqsədilə Axalkələk stansiyasında olub. İcraçılar layihənin gedişi barədə ətraflı məlumat verib, sonra ərazidə infrastruktur obyektlərinə baxış keçirilib.

Qeyd edək ki, 2017-ci il 30 oktyabr tarixində açılışı olmuş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə həyata keçirilən yükdaşımaları artan dinamika ilə inkişaf etməkdədir. Bu günədək bu marşrutla 1 mln. tondan çox yük daşınıb.

Son xəbərlər
Oxşar xəbərlər