12 C
Baku
Wednesday, December 11, 2024

Nazir Bakıda dərman fabrikinin tikiləcəyi vaxtı açıqladı

“Son 3 ildə İranla Azərbaycan arasında münasibətlər daha da inkişaf edib. Həmçinin, ölkə başçılarının qarşılıqlı səfərləri olub. Bu səfərlər çərçivəsində 40-dək sənəd imzalanıb”.

Bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının bu gün Bakıda keçirilən XI iclasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin birinci hissəsinin icrası artıq başa çatıb: “Son illər bizim hökumət nümayəndələrinin 100-ə yaxın səfəri olub.

Hökumətlərarası Komissiyanın işinin uğurla təşkilinə görə, Komissiyanın İran tərəfindən sədri Vaezi Prezident tərəfindən “Dostluq” ordeni ilə təltif edilib”.

Nazir deyib ki, yanvarın ilk yarısında Bakıda İran şirkәtlәrinin də iştirak etdiyi dərman fabrikinin tikintisinin əsası qoyulacaq.

Son xəbərlər
Digər xəbərlər