5 C
Baku
Thursday, February 22, 2024

Nazir beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə məsləhətləşmə aparıb

Yanvarın 28-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiyanı qəbul etmişdir.
Görüşdə neft qiymətlərinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilmiş, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağrışlar, habelə BVF və digər qurumlar tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılmışdır.
Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılmış, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər