Bizim “Netflix”lə görüşlərimizdə məlum oldu ki, onlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
Bunu mədəniyyət naziri Anar Kərimovun ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Burda müəyyən şərtlər var. Biz növbəti illərdə çalışacağıq ki, “Netflix”lə əməkdaşlıq edək. “Netflix” böyük platformadır. Bu, ölkəmizin tanıdılması baxımından önəmlidir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, müəyyən standartlar var və Azərbaycan filmlərində də bu standartlar nəzərə alınmalıdır.