9 C
Baku
Friday, November 15, 2024

Nazir: “Brexit” rublu çökdürəcək”

Böyük Britaniyanın Avropa İttifaqından (“Brexit”) çıxması dünya birjalarını dalğalandıracaq.

Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Nazir qeyd edib ki, birjalardakı volatillik neftin kəskin ucuzlaşmasına səbəb olacaq ki, bu da öz növbəsində rublu çökdürəcək. “Buna baxmayaraq, gözlənilən volatillik indiyədək gördüklərimizdən zəif olacaq”, – deyə A. Siluanov əlavə edib.

Maraqlıdır ki, Rusiyanın Mərkəzi Bankının açıqlamasına əsasən, “Brexit” rubl üçün risk təşkil etmir.

Qeyd edək ki, ötən gün keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

APA

Son xəbərlər
Digər xəbərlər