8 C
Baku
Friday, December 13, 2024

Nazir bu günə qədər dəstək proqramına müraciət edən sahibkarların sayını açıqlayıb

“Muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət edib”.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə məruzə edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, onların muzdlu işçilərinin sayı 125 minə yaxındır:

“Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir. Maliyyə Nazirliyi ilə və agent banklarla birlikdə çalışırıq ki, həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsini təmin edək. Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2 636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir.

Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergi ödəyicilərinin sayı 16 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib”.

©Report

Son xəbərlər
Digər xəbərlər