7 C
Baku
Sunday, January 29, 2023

Nazir: “Bu gün neft bazarında əlimizdə olan tək alət OPEC+-dur”

“Bu gün neft bazarında bazarın sabitləşdirilməsi və balanslaşdırılması üçün əlimizdə olan tək alət OPEC+-dur”.

Bunu “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, həqiqətən də OPEC+ 2017-ci ildən bəri özünü yaxşı tərəfdən nümayiş etdirib.

“OPEC+ oturuşmuş mexanizm olduğunu sübut edib. Ən çətin vaxtları gəlin xatırlayaq, 2020-ci ilin mart-aprel aylarında bir ay ərzində qlobal neft bazarı hər cür razılaşmasız qalmışdı. O zaman qiymətlər nə olmuşdu, ümumiyyətlə, bazarda nə baş vermişdi? Bütün bu kataklizmləri əlbəttə ki, biz yaşadıq. Bu gün ona görə də, bizə həmin təcrübəni nəzərə almağımız lazımdır, hansı ki, son illər ərzində OPEC çərçivəsində toplaya bilmişik və üstəgəl bu fəaliyyəti davam etdirməliyik. Hesab edirəm ki, bu çox vacibdir”, – deyə Azərbaycanın energetika naziri vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X