Bu ilin ilk 4 ayında Azərbaycandan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə P. Şahbazovun Bakıda səfərdə olan İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciulio Terzi Sant’Aqata, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Marko Skurria və üzvü Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Görüşdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri, eləcə də layihənin genişləndirilməsi və elektrik enerjisi sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb.