Bu ilin 11 ayında operativ məlumatlara görə, 29.8 mln. ton neft hasil edilib. Onun 24 mln. tonu ixraca nəql edilib.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7% artımla hasil edilmiş 42.5 mlrd.m3 qazın isə 20.1 mlrd.m3-i ixrac olunub.