24 C
Baku
Sunday, August 14, 2022

Nazir: “Bu ilki hədəfimiz nazirliyin e-xidmətlərinin sayını 100-ə çatdırmaqdır”

Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-dək yeni e-xidməti, 30-a yaxın e-arayış xidməti istifadəyə verilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bu gün nazirliyin 34-ü proaktiv olan 61 e-xidməti, 30 e-arayış xidməti fəaliyyət göstərir: “Təkcə 2020-ci ildə sosial təminat növləri üzrə 95 min təyinat, 190 minə yaxın fərdi hesabın açılması proaktiv qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb. E-arayış xidmətləri vasitəsilə isə 535 min 159 arayış verilib. “E-sosial” portalına müraciətlərin sayı 41,8 milyondan çox olub. Bu il isə hədəfimiz nazirliyin e-xidmətlərinin sayının 100-ə çatdırmaqdır. Bu isə xidmətlərimizin, artıq 80 faizinin elektronlaşması demək olacaq”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər