1 C
Baku
Monday, February 26, 2024

Nazir:” Büdcə 25$ götürüləcək”

Azərbaycanın dövlət büdcəsinin proqnozlarına yenidən baxılması çərçivəsində 2016-cı ildə gəlir hissəsi təxminən 1,9 milyard manat artırılmaqla 16,4 milyard manata, xərclər isə 1,95 milyard manat artırılmaqla 18 milyard manata çatdırılacaq. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, dövlət büdcəsində defisit 1,5 milyar manat proqnozlaşdırılır: “Dövlət büdcəsində defisitin təmin olunmasında əsas mənbə kimi ötən ilin yekunlarına görə qənaət olunmuş 1,4 milyard manat, eləcə də bu il bazara buraxılması nəzərdə tutulan qiymətli kağızlar çıxış edəcək”.

Dövlət büdcəsinin proqnozları neftin 1 barelinin qiyməti 25 dollar hesabnlanmaqla hazırlanıb.

Son xəbərlər
Digər xəbərlər