10 C
Baku
Thursday, December 12, 2024

Nazir deyir hər tonunda qiyməti 50 manat artırılır – Bu pambıq fermerlər üçün mənfəətlidirmi??

Azərbaycanda pambıq fermerləri üçün gəlirlik aşağı düşəcək

Azərbaycanda pambıq zavodları fermerlərdən hər ton məhsulun alış qiymətini təxminən 7% (50 manat) artırıb. Beləliklə, qiymət hər ton xam pambıq üçün 750 manat müəyyən edilib.

Ötən gün Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda bildirib ki, bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq.

Banker.az olaraq xatırladırıq ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xaricə (əsasən, Türkiyə və İrana) 113.5 min ton, yaxud 187.66 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu pambığın hər tonu 2021-ci ildə orta statistik olaraq 1 653 ABŞ dolları təşkil edib. Bu isə 2020-ci ilin müvafiq dövründə 1.351 dollar/ton təşkil edirdi, yəni illik müqayisədə 22%-dən çox ixrac dəyəri artıb.

Fermerlər üçün edilmiş son artıma şərh verən iqtisadçı-ekspert Rövşən Ağayev bu artımı yüksək saymır. Onun sözlərinə görə ölkədə son ildə böyük qiymət artımları baş verib və bunun fonunda bu qədər pambıq fermerləri üçün artım edilməsi bu aqrobiznesdə mənfəətliyi aşağı salacaq.

“Başqa xərclərdəki artımları demirəm (məsələn, işçi qüvvəsi, texnika ilə becərmə və s.), gübrələrin qiymətindəki son 1 ildə baş verən az qala 50%-lik artım müqabilində hər halda 7% çox yüksək artım deyil.

Son 2 ildə dünya bazarında da pambığın qiymətləri davamlı olaraq artıb. Hazırda hər ton pambığın (mahlıcın) ixrac qiyməti 2 600 dollardan yüksəkdir. Bu qiymət 2020-ci ilin mart ayına nisbətən 35% yüksəkdir”.

R.Ağayevə görə əlavə edir ki, hökumət də əlavə olaraq hər ton pambığa 170 manat subsidiya ödəyəcək – nəticə etibarı ilə subsidiya nəzərə alınmaqla hər ton pambığın fermer üçün satış qiyməti 920 manata təşkil edəcək.

“Fermerlərə təklif olunan 7%-lik qiymət artımı müqabilində becərmə xərclərinin çox yüksək artım tempi pambıq əkinlərinin aşağı olan mənfəətliliyini daha da azaldacaq”.

Son xəbərlər
Digər xəbərlər