3 C
Baku
Saturday, December 14, 2024

Nazir deyir ki, ilk ‘DOST Mərkəzi’nin bu il Bakıda açılacaq

“İlk Dost Mərkəzinin bu ilin sonuna qədər Bakıda açılması nəzərdə tutulur. Xidmət mexanizmləri hazırlanıb təqdim olunmalıdır. 126 xidmət üzrə əməkdaşlar üçün treninqlər keçiriləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Dost mərkəzləri ayrı qurum olaraq fəaliyyət göstərəcək: “Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun, məşğulluq idarələrinin, müfəttişliyin və tibbi ekspertizanın regional yerli bölmələri yeni yaradılacaq Dost mərkəzlərinə inteqrasiya olunacaq və işlər vahid mərkəzdən idarə olunacaq”.

Nazir qeyd edib ki, regional yerli bölmələrin işçiləri treninqdən keçərək yüksək nəticə əldə edib Dost mərkəzlərində işlə təmin olunacaqlar: “Eyni zamanda, yeni işçilər və könüllülərdən ibarət işçi heyəti də olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər