7 C
Baku
Tuesday, December 16, 2025

Nazir: “Dövlət büdcəsinə 119 milyon manat əlavə gəlir köçürülüb”

Bu ilin 11 ayında icmal büdcənin gəlirləri proqnozdan 2 milyard 526 milyon manat və ya 6.1 faiz, dövlət büdcəsinin gəlirləri isə 324.6 milyon manat və ya 0.9 faiz çox icra olunub. Eyni dövrdə icmal büdcənin xərcləri 36 milyard 784.3 milyon manat, dövlət büdcəsinin xərcləri isə 31 milyard 414.7 milyon manat təşkil edib”.

Bunu Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb:

“Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi, həmçinin Mərkəzi Bankla imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib.

Nəticədə dövlət büdcəsinə aprel-dekabr aylarında kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə 98.6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20.8 milyon manat olmaqla, ümumilikdə 119.4 milyon manat əlavə gəlir köçürülüb”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər