14 C
Baku
Sunday, April 21, 2024

Nazir: “DSMF-nin gəlirləri xərclərinin 80%-ni təmin edir”

Aparılmış saxta işlərin qarşının alınması ilə bağlı işlər bizə imkan verir ki, dövlət büdcəsindən az vəsait alaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu gün dövlət büdcəsinin transferti Dövlət Sosial Müdafiə Fondu qarşısında dövlət büdcəsi öhdəliyinin yarısını təşkil edir: “DSMF 80% özünü müstəqil gəlirləri ilə təmin edir, sadəcə, 20% dövlət büdcəsindən vəsait alacaq”.

Nazir qeyd edib ki, əmək pensiyalarının artımı üçün orta hesabla 10% vəsait artımı nəzərdə tutulur: “Amma biz yekun qərarı ilin sonunda orta aylıq əməkhaqqına uyğun olaraq verəcəyik”.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər