8 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Ehtiyac yaranarsa, büdcədə hərbi xərclər artırıla bilər”

“Hərbi xərclərin artırılması, ümumiyyətlə bu sahənin inkişafı dövlət başçısının daim nəzarətindədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ehtiyac yaranarsa, vəziyyətə uyğun olaraq həmin sahəyə əlavə vəsait ayrılması məsələsinə baxıla bilər: “Amma bu gün kifayət qədər artım dinamikası müşahidə olunmaqdadır. Sərbəst qalıq məsələsi burada qaldırıldı. Hələ il başa çatmayıb. Bu günə kimi əvvəlki ilin təcrübəsi sərbəst qalığın çox qalmasının müsbət olduğunu göstərir. Ötən il olduqca müsbət işlərin nəticəsində dövlət büdcəsinin gəlirləri daha yüksək olub və büdcə kəsirinin qarşılanmasına yönəldilmişdi. Cari ildə də oxşar vəziyyət müşahidə edilməkdədir. Eyni zamanda dünya bazarlarında bu gün bizim əsas ixrac məhsullarımız olan neft və qaz üçün kifayət qədər münbit şərait mövcuddur. Bunun nəticəsində də dürüstləşmə aparıldıqdan sonra çox daxilolmalar müşahidə edilməkdədir. Bu ilin sonuna sərbəst qalığın istifadəsi nəzərdə tutulmur. Məzənnə sabitliyinin olması üçün Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında çox sıx koordonasiyalı iş aparılır. Biz maraqlıyıq ki, bu sabitliyə hər hansı xələl gətirilməsin”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər