“Elektroenergetika haqqında” yeni qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.
“Əvvəla qeyd etmək lazımdır ki, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək. Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdan satış qiymətlərini, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”, – deyə nazir əlavə edib.