10 C
Baku
Friday, December 13, 2024

Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışıb: Növbəti müsbət addımların şahidi olacağıq

Ermənistanla sərhədlərin delimitasiya sahəsində işlər davam edir. Yaxın gələcəkdə növbəti müsbət addımların şahidi olacağıq.

Bu barədə Tbilisidə səfərdə olan Ceyhun Bayramov gürcü həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların davam etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, son aylarda Ermənistan-Azərbaycan postmünaqişə normallaşması istiqamətində müsbət inkişaflar müşayiət edilir.

“Görüş əsnasında Ermənistan-Azərbaycan postmünaqişə normallaşması sahəsində mövcud vəziyyət barədə məlumat verdim. Qeydim ondan ibarət oldu ki, bu istiqamətdə işlər davam etdirilir. Biz son aylarda bir sıra müsbət inkişaflar müşayiət etmişik. Bunlardan Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası ilə bağlı razılıq əldə edilməsi və protokolun imzalanması da var. Bu addımı əhəmiyyətli hesab edirik. Bu protokol sayəsində Azərbaycanın 4 kəndinin işğalı başa çatıb”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər