12 C
Baku
Saturday, November 23, 2024

Nazir: “Fermerlərin kreditə çıxışı arzuolunan səviyyədə deyil”

Azərbaycanda fermerlərin kredit vəsaitlərinə çıxışı arzu olunan səviyyədə deyil.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Aparılan araşdırmalara əsasən Elektron Kənd Təsərrrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan fermerlərin orta hesabla 12-15 %-i kredit əldə edə bilirlər. Fermerlərin kreditə çıxışının yaxşılaşdırılması üçün əlavə bir sıra yeni mexanizmlərin yaradılması ilə bağlı hazırda Azərbaycan Mərkəzi Bankı ilə birgə yeni təşəbbüslər hazırlanır, biz bunun nəticələrini zaman-zaman görəcəyik” – deyə o qeyd edib.

“Bununla belə aqrar sahədə hər hansı bir tənzimləmə tədbirinin bu sahədə məşğulluqla əlaqələndirilməsini də məqbul hesab etmirik. Bizdə aqrar sahənin məşğulluqdakı payı dünya üzrə ən yüksək göstəricilərdən biridir ki, bu o qədər də müsbət məqam deyil. Yəni bundan sonra aqrar sahədə yeni məşğulluq imkanlarının, yeni iş yerlərinin yaranmasından daha çox bu sahədə mövcud məşğul olanların gəlir əldəetmə imkanlarının genişləndirilməsi çağırışı mövcuddur.

Yeri gəlmişkən, bir məsələ də nəzərə alınmalıdır ki, qlobal miqyasda aqrar sahədə məşğulluğun həm ümumi məşğulluqda payının azalması, həm də mütləq sayının azalması trendi gedir. Məsələn, son 20 illik dövr ərzində dünyada aqrar sahənin ümumi məşğulluqda payı 13.5 faiz bəndi aşağı düşüb, mütləq ifadədə isə dünya üzrə aqrar sahədə məşğul olanların sayı təqribən 13% azalıb. Bu trend daha rəqabətqabiliyyətli müasir sənaye və xidmət sahələrinin inkişafını hədəfləyən bütün ölkələr üçün xarakterikdir”, – deyə nazir əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər