10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Nazir: “Gələn il növbəti sosial paket hazırlanacaq”

“Bu il Azərbaycan əlillik keçən illə müqayisədə iki dəfə artıq təyin olunub. 10 ay ərzində 45 min əlillik təyinatı həyata keçirilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 193 min insanın əlilliyinin heç biri nazirlik tərəfindən saxlanılmayıb: “Bunların müddəti bitib. Qeyd olunan 100 min azalma isə ƏƏSMN-nin rəqəmi deyil. 100 min, 110 min pensiyaçının azalması o demək deyil ki, onların hamısının pensiyası kəsilib. Onlar arasında ölənlər, Milli Məclisin qərarından sonra yaşı pensiyaya düşməyənlər də var. Çünki Milli Məclisin qərarı ilə pensiya yaşı artırılıb”.
Nazir qeyd edib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması, ünvanlılığın təyin edilməsi istiqamətində çox ciddi işlər gedir: “Sosial ödənişlərin əhatə dairəsi genişləndirilir. Bir daha xüsusi olaraq qeyd edim ki, bizim hər hansı qənaət amalımız yoxdur. Növbəti sosial paket də gələn il hazırlanacaq”.

 

Son xəbərlər
Oxşar xəbərlər
X