Qarabağ Universitetinin timsalında elm və təhsilin inteqrasiyasını daha ağıllı qura bilərik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib.
“Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik”.