İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin 69.7 %-i regionların payına düşür.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqi prioritet istiqamətlərdəndir.