13 C
Baku
Saturday, November 23, 2024

Nazir: “Hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur”

“Azərbaycan təhsilinin məzmunu son 90 ildə, demək olar ki, dəyişmir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, “bu baxımdan dəyişmək üçün nə etməliyik?” müzakirəsinin faydası var: “Biz hər il məktəbi bitirən şagirdlərimizin uğurlu hissəsini alqışlayırıq. Lakin hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur. Ali təhsil təhsilin növbəti pilləsidir. Biz universitetlərdə ali təhsilin keyfiyyətinə nəzarəti gücləndirməklə, universitetlərə girişi genişləndirib çıxışı daraltmaqla, yoxsa əksinə girişi daraldıb çıxışı genişləndirməklə nailiyyət əldə edə bilərik? Və ya imtahanlarla bağlı məsələni götürək. Oxşar məsələni müəllimlərin işə qəbul imtahanları ilə də bağlı deyə bilərik.

MİQ də şəffaf olmayan halların aradan qaldırılması üçün fikirləşilib. Bu, bir növ dərmana oxşayır. Onu çox atdıqda problemlərə gətirib çıxara bilər. Geri qayıda bilərikmi? Bu da bizi dərin müzakirə olan insani dəyərlər və təhsil mövzusuna gətirib çıxarır. Bu müzakirələri aparmaq üçün bu forumda geniş imkanlarımız olacaq”, – deyə nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər