15 C
Baku
Friday, March 29, 2024

Nazir: “İbtidai sinif müəllimi institut direktorundan çox maaş alır”

“Hazırda ibtidai sinif müəlliminin əməkhaqqısı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” bildirib.

“Bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir. Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əməkhaqqıları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik” – nazir qeyd edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər