1 C
Baku
Saturday, December 14, 2024

Nazir: İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-i ötəcəyini düşünürük

İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-i ötəcəyini düşünürük.

Bunu Bakıda keçirilən “İNMerge” İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, iki il əvvəl “Online Azərbaycan” layihəsinə başlananda ölkənin ən ucqar nöqtələrində fiber optik xətlərin çəkilməsi hədəflənib:

“Layihəyə başladıqda Azərbaycanda internetin orta sürəti təxminən 12 Mbps ətrafında idi. Ancaq bu ilin avqust ayında bu sürət 50 Mbps-ni ötüb. Biz layihəyə başladıqda 25 Mbps-nin kifayət edəcəyini düşünürdük”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər