26 C
Baku
Saturday, April 20, 2024

Nazir ipoteka faizlərinin azaldılacağını vəd etdi

“Çalışacağıq ki, faizlər əhalinin alıcılıq qabiliyyətinə cavab versin, uyğun olsun.”

Banker.az-ın məlumatına görə bunu “APA-Economics”ə maliyyə naziri Samir Şərifovbildirib.
Gələcəkdə ipoteka kreditləri üzrə faizlərin aşağı salınmasını istisna etməyən nazir bildirib ki, hazırda bu məsələ araşdırılır:

“Şübhəsiz, çalışacağıq ki, faizlər əhalinin alıcılıq qabiliyyətinə cavab versin, uyğun olsun. Digər tərəfdən, biz bazarda yaranmış vəziyyəti də nəzərə almalıyıq. Yəni, bunlar arasında müəyyən bir kompromis tapılmalıdır. Hesab edirəm ki, münasib faiz dərəcələri tapılacaq”.

S.Şərifovun sözlərinə görə, ipoteka bazarında baş verən hadisələr daim diqqətdə saxlanılacaq və mənzillərin qiymətinin süni şəkildə artırılmasına imkan verilməyəcək: “Biz bir tərəfdən çalışacağıq ki, bazarda faiz dərəcələri yüksək olmasın, digər tərəfdən biz bazarda cərəyan edən hadisələri nəzərdən keçirməliyik və elə etməliyik ki, faiz dərəcələri aşağı olmaqla, eyni zamanda mənzillərin qiymətləri artmasın. Bunların arasında orta bir variant seçməliyik. Ona görə, həmin səhmdar cəmiyyət (“Azərbaycan İpoteka Fondu” ASC – red.) yaradılıb ki, o, bazarda baş verən proseslərə çevik reaksiya versin, prosesləri çevik tənzimləyə bilsin”.

Nazir qeyd edib ki, ipoteka kreditlərinin məbləğinin artırılması istiqamətində də addımların atılması planlaşdırılır. Onun sözlərinə görə, hazırda ölkədə tətbiq olunan ipoteka modeli saxlanılacaq və bu modelin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək. Bununla belə, S. Şərifov deyib ki, ipoteka sahəsində maliyyələşmə mexanizminə dair bəzi düzəlişlər ola bilər.
Samir Şərifov vurğulayıb ki, ipoteka kreditlərində ilkin ödənişin azaldılması məsələsinə də baxılacaq və münasib variant tapılacaq.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanıPrezident İlham Əliyev oktyabrın 27-də imzalayıb. Fərmana görə Mərkəzi Bankın nəzdində olan Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, Cəmiyyətin İpoteka Fondunun hüquqi varisi olması və onun bütün hüquq və öhdəliklərinin, habelə əmlakının Cəmiyyətə keçməsi nəzərdə tutulub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər