9 C
Baku
Sunday, November 17, 2024

Nazir ipoteka krediti ilə mənzil alanlara ev verilməməsinə münasibət bildirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Nazir bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, imtiyazlı şəxslərə mənzil veriləndə növbəlilik prinsipi əsas götürülür: “Növbəni yerli icra hakimiyyəti orqanları müəyyən edir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə onun mülkiyyətinda olan mənzil sahəsi nəzərə alınır. Sahə normativdən azdırsa çatışmayan hissə qədər dövlət mənzil sahəsi verə bilər. Bu günə qədər 14 150 mənzil verə bilmişik. I və II Qarabağ müharibəsi şəhidləri,əlillər nəzərə aldıqda bu rəqəm qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması onula nəticələnə bilər ki, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evlər verilə bilər. Ən az mənzili olmayan insanların təminatı yekunlaşana qədər bu mexanizmlə davam edilə, növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər