-1 C
Baku
Saturday, December 14, 2024

Nazir: İran və Türkiyə üçün beynəlxalq yükdaşımalarda icazə blankları məhdud saydadır

“İran və Türkiyə üçün beynəlxalq yükdaşımalarda icazə blankları məhdud saydadır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, bizim sürücülər yalnız İran və Türkiyəyə yüklərin daşınmasını öz biznes sahələri kimi görürlər: “Buna səbəb onların həm dil biliyinin olmaması, həm də təcrübəsizlikdir. Biz şəffaflığı burada təmin etməyi hədəfləyirik. Bazarda yalnız 3000 Azərbaycan nömrəli daşıyıcı TIR var idisə, indi bu rəqəm 9000-dir. AYNA-ya verilmiş səlahiyyət, Nazirlər Kabinetinin qərarları çərçivəsində biz taksi fəaliyyətində uğurlara nail olacağıq, əvvəl bu proses bir az ağrılı olacaq. Biz bunu qəbul edirik”.

Beynəlxalq daşımalardan da danışan nazir İran və Türkiyə ilə bağlı yüklərin daşınması üzrə bəzilərinin bu sahəni özəlləşdirdiklərini bildirib. Qeyd edib ki, qanunvericiliyə dəyişikliklərlə bunun qarşısı alınacaq:

“Şəffaflığı təmin etməklə Azərbaycanın beynəlxalq daşımaları 50 faiz yerinə yetirməsinə nail olduq, əvvəl isə bu rəqəm 30 faiz təşkil edirdi”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər