10 C
Baku
Thursday, December 12, 2024

Nazir: “İsveç Vilnüs sammitinə qədər NATO-ya üzv olmaq istəyir”

“İsveç iyul ayında Vilnüsdə keçiriləcək sammitə kimi NATO-ya üzv olmağı gözləyir”.

Bunu ölkənin müdafiə naziri Pol Yonson “RBK Ukraina”ya müsahibəsində deyib.

O bildirib ki, İsveç bununla bağlı güclü dəstək qazanıb: “Mən 2 gün əvvəl ABŞ-dan olan həmkarım Lloyd Ostinlə görüşdüm. O dedi ki, Vilnüs sammitinə qədər İsveçin Alyansa üzv olması vacibdir”.

İsveçin xarici işlər naziri Tobias Billström da daha əvvəl söyləmişdi ki, Vilnüs sammitinə qədər ölkəsinin NATO-ya qəbul olunacağını gözləyir.

Qeyd edək ki, İsveç və Finlandiya bir müddət əvvəl NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.

Finlandiya bu ilin martında NATO-ya rəsmi şəkildə üzv olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, İsveç rəsmi Ankaranın tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək. O deyib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.

Xatırladaq ki, NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər