4 C
Baku
Wednesday, February 11, 2026

Nazir: IT sahəsində ixracımız 100 mln. dollar ətrafındadır

2022-ci ildə Azərbaycanda IT sahəsində çalışan şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik norması qəbul edilib və bunun nəticəsi olaraq bu gün texnopark rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.

“Onlardan 10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlir təxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki, bu, bizim ölkəmizin potensialını əks etdirmir. Bizim üçün əsas göstərici bu sahədəki ixrac rəqəmimizdir. Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik”, – deyə nazir əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər