8 C
Baku
Friday, December 13, 2024

Nazir: “İyunun 4-də Şuşada iri həcmli “yaşıl” enerji layihələri üzrə yeni müqavilə imzalanacaq”

Bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz istehlakının 13-90%-ni təşkil edir. TANAP və TAP ilə Türkiyə və Avropaya indiyə kimi 29 milyard kubmetr, bu ilin 5 ayında isə 6,8 milyard kubmetr qaz nəql olunub. İlin sonuna bu göstəricinin 16 milyard kubmetrə çatacağı, Avropaya qaz ixracımızın 10 milyard kubmetrin üzərində olacağı gözlənilir.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, bunu energetika naziri Pərviz Şahbazov 27-ci “Bakı Enerji Forumu”nda çıxışı zamanı deyib.

Hazırda qlobal enerji arxitekturasının enerji təhlükəsizliyi və iqlim çağırışlarına uyğun yenidən tərtib olunduğunu vurğulayan nazir bu prosesdə “yaşıl” enerjinin enerji təchizatında üstünlük verilən diversifikasiya mənbəyi olduğunu qeyd edib. Bildirilib ki, enerji təhlükəsizliyi və dekarbonizasiyanın belə bir sinerjisi “yaşıl” enerji keçidini sürətləndirən, onu enerji müstəqilliyinin drayverinə çevirən müasir qlobal tendensiyadır. Mürəkkəb reallıqda yeni həllər dünya əhalisinin, təxminən, 80%-nin yaşadığı netto-enerji idxalçısı olan ölkələr qədər enerji ölkələrinin də inkişaf kurslarına istiqamət verir.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün burada deyə bilərik ki, Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir. Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Belə ki, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli “yaşıl” enerji layihələri üzrə yeni müqaviləyə imza atacağıq”.

Çıxışda Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə əsaslanan “yaşıl” enerji zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də “yaşıl” enerji ixracının mənbəyi olacağı qeyd edilib. İxrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edilib. Azərbaycanın enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl” gündəliyinin qlobal inkişaf meyilləri ilə uzlaşdığını deyən nazir bildirib ki,  Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaq.

Son xəbərlər
Digər xəbərlər