32 C
Baku
Tuesday, July 23, 2024

Nazir: “Kənd təsərrüfatı təyinatlı ərazilərin 25%-nin sığorta təminatı var”

Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin 25%-nin sığorta təminatı var.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.

“Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır. Fermerlərə 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə 8 riskdən sığorta təminatı təklif edilir. Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96%-i üçün xidmətlərin əlçatanlığını təmin edir. Aqrar Sığorta Fondunun təminat verdiyi fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödədiyi təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir”, – deyə o qeyd edib.

“Aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda vurğulamaq istərdim ki, ölkəmizdə uğurla tətbiq olunan sığorta modeli müxtəlif ölkələr tərəfindən maraqla qarşılanmaqdadır. Bu istiqamətdə qardaş Özbəkistanla olan əməkdaşlığı nümunə verə bilərəm”, – deyə nazir əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər