4 C
Baku
Monday, December 5, 2022

Nazir kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi iddiasına münasibət bildirib

“Parlamentdə çıxışlarda Azərbaycanda kişilərin 47 %-nin 65 yaşına çatmadan dünyasını dəyişdiyi deyilmişdi. Bu, tamamilə yanlış rəqəmdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2021-ci ildə 76 878 nəfər dünyasını dəyişib, onların 40 minindən çoxu kişilərdir: “Vəfat edən kişilərin 21 339 nəfəri 65 yaşdan yuxarı olub. 47 % anlamına yalnız bu göstərici uyğun gəlir. 5 milyon 74 nəfər kişi var, onların 6.7 % 65 yaşından yuxarıdır, 93.3 % 65 yaşına çatmayanlardır. Məntiqi olaraq daha yüksək çəkiyə malik olan 93.3 % hissənin dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. Həmin qruplarda 65 yaşına qədər dünyasını dəyişən kişilər 0.4 %-dir. Beləliklə, son illərin ölüm ehtimallarına əsasən, yeni doğulanların 79.5 %-i 65 yaşına çatıb. Kişilər üzrə bu göstərici 75.3 %, qadınlar üçün isə 85.1 %-dir”.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X