13 C
Baku
Friday, November 22, 2024

Nazir Macarıstan şirkətlərini azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka çağırıb

“Azərbaycan və Macarıstan strateji tərəfdaşdır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari münasibətlər təşəkkür tapıb: “Macarıstan Azərbaycana fəal investisiya yatıran ölkələrdən biridir. Əməkdaşlığın bir çox istiqamətləri var. Azərbaycan Macarıstanın obyektiv dost münasibətləri mövcuddur”.

S.Babayev Macarıstan şirkətlərini işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka səsləyib: “Ölkəmiz həmin ərazilərdə bərpa işlərinə çox diqqət göstərir. Bu sahədə əməkdaşlığımız yaxşı təməl yarada bilər. Bu il ərzində çox güman ki, bir çox məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər”.

Son xəbərlər
Digər xəbərlər