10 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Macarıstanı Aİ-nin maliyyə vəsaitini itirmək təhlükəsi gözləmir”

Macarıstan hökuməti ilə Avropa Komissiyası (AK) arasında aparılan danışıqlar uğurla başa çatıb, respublikanı Aİ-nin maliyyə vəsaitini itirməsi təhlükəsi gözləmir.

Bu barədə ölkənin ədliyyə naziri Yudit Varqa feysbuk səhifəsində bildirib.

“Macarıstan hökuməti ilə Avropa Komissiyası arasında çətin, lakin konstruktiv danışıqlar prosesi başa çatıb. Danışıqlar uğurlu alınıb. Komissiya belə qənaətə gəlib ki, Avropa Komissiyası tərəfindən təklif edilən tədbirlər AK-ın şərtilik mexanizmini (ödənişlər) tətbiq etməyə məcbur edən narahatlığını aradan qaldırır.

Macarıstan hələ Avropa İttifaqının büdcəsindən vəsait itirməyib və AK-nin bazar günü qəbul etdiyi qərar belə bir riskin olmadığını deməyə əsas verir”, – Ədliyyə Nazirliyinin rəhbəri yazıb.

Onun sözlərinə görə, Macarıstan hökuməti bütün lazımi tədbirləri görsə, Aİ-nin başladığı prosedur ilin sonuna qədər dayandırılacaq. “Yaxın həftələrdə və aylarda bütün diqqətimizi öhdəliklərimizi yerinə yetirməyə yönəldəcəyik”, – nazir bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər