10 C
Baku
Friday, October 25, 2024

Nazir: “Müəllimin orta təhsili varsa, ona buna uyğun əməkhaqqı verilir”

Bir il ərzində bütün bağçalar üzrə həm uşaqlar, həm də müəllimlər üzrə məlumatları sistemə yükləmişik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin sistemdən kənaraçıxma halları olanda, sistem bizə bu haqda məlumat verir.

“Bu müəllimlərin işdən çıxarılması və əmək müqavilələrinə xitam verilməsi müzakirə edilən məsələ deyil. Əsas məsələ bu istiqamətdə daha səmərəli şəkildə necə irəliyə getməkdir. Hansı müəllimlərin ki, sənədi varsa və bizdə yoxdursa, onlar sənədlərini bizə təqdim edirlər. Burada əsas mübahisə doğuran məsələ əməkhaqqı məsələsidir. Bizim niyyətimiz kiminsə maaşını kəsmək deyil. Sadəcə sistem avtomatik olduğundan müəllimin orta təhsili varsa, ona buna uyğun əməkhaqqı verilir”.

Qeyd edək ki, bir müddət əvvəl 5800 bağça müəlliminin müvafiq sahə üzrə sənədinin olmadığı aşkarlanmışdı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər