6 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: “65 yaşına çatanların 70-75 faizi pensiya alır”

“Bəzən fikirlər səsləndirilir ki, 65 yaşına çatmış şəxslərin heç 30-40 faizi pensiya almır. Lakin bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, dinamika bu rəqəmin artacağını göstərir.

“Məsələyə ümumi olaraq deyil, daha çox differensial yanaşırıq. Çünki nə ölkədəki dinamika ümumi istiqamətdədir, nə də beynəlxalq ekspertlər bunu deyir. Düzdür, bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlərlə əsaslandırılmış olmalıdır. Demokrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır.

Biz 5 uşağı olan qadınların, zərərli işlərdə işləyənlərin (bunların sayı az idi, 60-nı da əlavə etdik) daha erkən pensiyaya çıxmasını təmin edirik” – deyə o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər