12 C
Baku
Saturday, November 23, 2024

Nazir müavini: “Alternativ enerji sahəsinə investisiyaların cəlbi əsas prioritetlərdəndir”

“Dubay Ekspo 2020” çərçivəsində bərpa olunan enerji konfransı keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusuna həsr olunmuş “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji sahəsinə dair konfrans təşkil olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanda “yaşıl enerji” sahəsinə xarici sərmayələrin cəlb edilməsi məqsədilə keçirilən bu tədbirdə sərgidə iştirak edən investorlara ölkəmizin bərpa olunan enerji potensialı, sahə üzrə strateji hədəflər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektorla əməkdaşlıq üçün yaradılmış imkanlar haqqında məlumat verilib.

Tədbirdə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı çağırışların enerji sektorunu təxirəsalınmaz dəyişikliklərlə üz-üzə qoyduğu bu dövrdə dövlət və özəl sektoru, maliyyə institutlarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri əhatə edən çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Nazir müavini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında ölkəmizin yeni hədəflə çıxış edərək, 2050-ci ilədək istixana qazı emissiyalarının 40%-dək azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyü haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

“Azərbaycanın strateji hədəfləri sırasında ölkəmizin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının növbəti onillik ərzində 30%-ə çatdırılmasının da yer aldığını bildirib. 1 500 meqavatlıq yeni istehsal güclərinin istismara verilməsini nəzərdə tutan bu hədəfə nail olmaq üçün müəyyənləşdirilmiş əsas prioritetlərdən biri bu sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbidir”, – nazir müavini bildirib.

Son xəbərlər
Digər xəbərlər