8 C
Baku
Sunday, November 17, 2024

Nazir müavini: “Aqrar sektor keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”

Azərbaycanda aqrar sektor keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının səmərəliliyinin artırılması və sahənin inkişafı istiqamətində atılan addımlar aqrar sektorun inkişafına səbəb olub.

“Dünyada torpaqların şoranlaşması, su və torpaq resurslarının azalması kənd təsərrüfatına ciddi təsir göstərir. Buna görə də yaranmış çətinliklərin aradan qaldırılmasında müasir texnologiyaların tətbiqi xüsusi önəm kəsb edir”,- deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər