Velosiped zolaqlarının təşkili diqqət mərkəzindədir. Velosiped zolaqlarının vahid xəritəsinin təşkilinə başlamışıq. Qısa zamanda bu işlər başa çatdıqdan sonra biz nəqliyyat axınında keyfiyyət baxımdan bir dəyişikliyi müşahidə edəcəyik: “Zolaqlar boş qalmamalıdır. Avtobus zolaqları ilə bağlı da işlər görülür. Hazırda Bakıda 21 avtobus zolağı var”.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
“Bu gün Bakıda 180-ə yaxın marşrut xətti var. Təhlilər onu göstərir ki, bu marşrut xətləri azaldılmalıdır. Amma bu o demək deyil ki, məntəqələrin sayı azaldılmalıdır. Əksinə məntəqələr daha da genişləndirilməlidir” -, deyə o əlavə edib.