24 C
Baku
Sunday, September 1, 2024

Nazir müavini: “Azərbaycanda mobil operatorlar lisenziya üçün az pul ödəyirlər”

Azərbaycanda mobil operatorlar lisenziya üçün digər ölkələrdən fərqli olaraq az pul ödəyirlər.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.

“Mobil operatorların lisenziyalaşdırılması üçün qonşu ölkələrdə böyük məbləğlər tələb olunur. Həmin vəsaitlərlə də böyük işlər həyata keçirilir. Azərbaycanda isə bu təcrübə yoxdur. Lisenziyalara təxminən 10 min manat vəsait alınır”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər