9 C
Baku
Sunday, November 17, 2024

Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq

“Bizim bərpa olunan enerji potensialımız, şübhəsiz ki, üç dəfədən çox artacaq”.

Bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

“Biz Energetika Nazirliyi ilə birlikdə COP29 enerji təşəbbüslərimizi hazırlayarkən, həqiqətən, bu xüsusi təşəbbüslə, bərpa olunan mənbələrin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması ilə bağlı baş verənlərdən ilhamlandıq. Yenə də, enerji ilə bağlı təşəbbüslərin əksəriyyəti şəbəkənin təkmilləşdirilməsi, yerli və beynəlxalq, yaşıl enerji dəhlizləri və şəbəkə miqyaslı saxlama anbarları adlandırdığımız şeylərdir, elə deyil? Diqqət yetirmək istədiyim növbəti məqam ondan ibarətdir ki, Azərbaycan təşəbbüsdəki öhdəlikləri həyata keçirməyə başlayıb.

Biz artıq keçən il Azərbaycanda bütün regionda ən böyük günəş elektrik stansiyasını işə salmağa başlamışıq. Bizim bərpa olunan enerji potensialımız, şübhəsiz ki, üç dəfədən çox artacaqdır. Yaşıl dəhlizlərə gəldikdə isə biz əslində nümunə ilə liderik və düşünürəm ki, bu termin Azərbaycanın miraslarından biri olacaq. COP28-in ən yaddaqalan nəticələrindən biri müvafiq olaraq enerji səmərəliliyi idi”, – deyə o bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər