8 C
Baku
Thursday, December 12, 2024

Nazir müavini: “Azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur”

İşğaldan azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, torpaqlar azad olunan kimi əkin potensiallı ərazilərin müəyyən edilməsi, həmin ərazilərin minalardan təmizlənməsi prosesinə start verilib:

“Azad olunmuş ərazilərdə xüsusilə aqrar emal müəsisələrinin yaradılması nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə nazir müavini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər