23 C
Baku
Wednesday, May 29, 2024

Nazir müavini: Bakıda olan adam sayına görə, 20 minə qədər taksi bəs edir

“Bu gün bizim mümkün vəsaitimiz var və bu vəsaiti daha yaxşı istiqamətlərə sərf etməyə çalışırıq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib: “Taksilərə münasibətdə bütün meyarlar NK-ya təqdim edilən taksilərə dair tələblər sənədində müəyyənləşib. Bu gün taksi avtomobillərinə və sürücülərə qarşı tələblər orada yer alıb. Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər. Bu eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var, yük daşıyıcılar arasında da sürücü ehtiyacımız var”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər