Bakının Nəsimi rayonunda baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar nazirinin müavini 3-cü mikorayon bazarı adlanan əraziyə gəlib. Nazir müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.
Hadisə yerində olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub.
Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə beş təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır. Oxu.az