7 C
Baku
Thursday, December 12, 2024

Nazir müavini: COP29-a ev sahibliyi edən Azərbaycan üçün “təmiz enerji”yə keçid vacibdir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan üçün qalıq yanacaqlardan “təmiz enerji” mənbələrinə keçid və bu sahəyə investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forumda deyib.

O qeyd edib ki, ölkə bərpa olunan enerji sektorunun inkişafına böyük investorlar cəlb edə bilib: “Biz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan investisiyalar cəlb edə bildik. Bununla qürur duyuruq. Etibarlı tərəfdaş kimi çıxış etmək üçün Avropa İttifaqı (Aİ) ilə digər layihələr üzərində də işləməyə davam edirik”.

E.Məmmədov xatırladıb ki, Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq haqqında Memorandum 2022-ci ilin iyulunda imzalanıb və bu sənəddə iki mühüm komponent var: “Birincisi, Cənub Qaz Dəhlizinin (SGC) ötürücülük qabiliyyətini iki dəfə artırmaqla onu 2027-ci ilə qədər hazırkı 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaqdır. İkinci mühüm komponent ekoloji gündəliyimiz və “yaşıl iqtisadiyyat”a keçiddir. Əlbəttə ki, bu ilin sonunda COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq bizim üçün qalıq yanacaqlardan “təmiz enerji” mənbələrinə keçid üzərində işləməyimiz vacibdir”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər