28 C
Baku
Saturday, July 27, 2024

Nazir müavini “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin məqsədini açıqlayıb

“Məhkəmə mübahisələri ilə bağlı narahatlıq var. Azad edilmiş ərazilərin bərpasına böyük vəsait tələb olunur və “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun fəlsəfəsi ondan ibarətdir ki, digər ölkələrlə işləmək mümkün olsun”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, bu qanunun qəbulu istər Azərbaycanın daxilində məhkəmələrdə, istərsə də beynəlxalq məhkəmələrdə mübahisələrinin həllinə imkan verəcək: “Qanun layihəsində maraqların şəffaf mexanizmdə olması nəzərdə tutulub”.

O qeyd edib ki, qanun layihəsinin əhatə dairəsi genişdir: “Bu qanun layihəsi hazırlanarkən dünya təcrübəsinə baxılıb. Ekoloji tələblərin qorunması tələbi də qanunda yer alıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər