12 C
Baku
Monday, November 18, 2024

Nazir müavini: “Əmək bazarı üçün hazır kadr yetişdirə bilməməyimiz böyük problemdir”

Elm və təhsil nazirinin müavini Həsən Həsənli əmək bazarı üçün hazır kadr yetişdirilməməsinin böyük problem olduğunu bildirib.

O, “Peşə təmayüllü siniflər” layihəsinin gələcəkdə şagirdlərin əmək bazarında hazır kadr kimi yetişməsinə şərait yaratdığını söyləyib.

Bildirilib ki, bu layihə 2019-2020-ci ildən fəaliyyətə başlayıb. Şagirdlərimiz əmək bazarının iştirakçıları ilə işlədikləri proyektlərinə üstündə işləməyi, komanda şəklində çalışmağı öyrənirlər. Biz əgər onların gələcək karyeraları üçün çalışırıqsa, bu iş məktəbdən başlamalıdır. Düzdür, məktəbdə vətənpərvərlik, tariximizin öyrənilməsi əsas məqsəddir. Əgər biz əmək bazarı üçün hazır kadr yetişdirə bilmiriksə, bu, böyük problemdir. Ona görə də həyata keçirilən bu layihələr çox önəmlidir. Artıq 20 məktəbdə başlayan layihə 200-ə yaxın məktəbi əhatə edir. Layihənin pandemiya dövründən başlanmasını nəzərə alsaq, bu, böyük bir uğurdur”, – nazir müavini qeyd edib.

O deyib ki, tədrisin səmərəli həyata keçirilməsi üçün məktəblərin təmirləri, şagirdlər üçün müxtəlif layihələr üzrə işlər davam edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər