Dövlət proqramlarının qarşısında duran əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır.
Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib.
Onun sözlərinə görə, təhsil elə sahədir ki, nəticələri gec görmək olur. Bu gün görülən işlər isə müsbət qiymətləndirilir: “Ötən il dövlət proqramı çərçivəsinə qəbul edilən tələbələrin 50-si dünyanın top 10 universitetinə, qalan 300-ü isə digər tanınmış universitetlərə qəbul olub”.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün təhsil alan gənclər rəqabətədavamlıdırlar.